Daxili orqanlar
Qarın boşluğu orqanlarının və böyrəklərin ultrasəs müayinəsi
Qarında ağrı, ağırlıq və köp hər yaşda USM-ə müraciətin ən çox rast gəlinən səbəblərindəndir. Terapevt və ya cərrah anamnezə əsasən ilkin diaqnoz qoyur. Dr. Əhmədovanın sözlərinə görə, USM-in əsas vəzifəsi bu diaqnozun ultrasəsdə təsdiqini tapıb-tapmadığını göstərməkdir. Kəskin qarın ağrısında, cərrahi və onkoloji xəstəliklərdə nəticə pasiyentin hansı həkimə və hansı şöbəyə yönləndiriləcəyini müəyyən edir.
Hansı orqanlar müayinə olunur?
- qaraciyər;
- öd kisəsi və öd yolları;
- mədəaltı vəz;
- dalaq;
- böyrəklər;
- sidik kisəsi.
Lazım olduqda kiçik çanaq orqanları da müayinə olunur (bax: Ginekoloji USM, Prostatın USM-i).
Nə vaxt lazımdır?
- qarın ağrısı, ağırlıq hissi, köp;
- qan və ya sidik analizlərində qaraciyər və böyrək göstəricilərinin dəyişməsi;
- böyrək nahiyəsində ağrı, sidik ifrazında problemlər;
- məlum xəstəliyin və müalicənin gedişatının izlənməsi. Məsələn, onkoloji xəstəliklərdə həkim USM nəticələrinə əsasən müalicənin necə getdiyini görür.
Nəyə baxılır?
- orqanların ölçüsü və forması;
- exogenlik, yəni toxumanın ultrasəsdə nə dərəcədə parlaq göründüyü;
- ocaqlı dəyişikliklər;
- daşlar;
- genişlənmiş axacaqlar;
- boşluqlarda sərbəst maye.
Lazım olduqda eyni müayinəyə rəngli Doppler əlavə olunur.
Qaraciyər və böyrək çatışmazlığında sonoqrafiya
2024-cü ilin avqustunda Dr. Əhmədova Mərkəzi Gömrük Hospitalında keçirilən seminarda «Qaraciyər və böyrək çatışmazlığının diaqnostikasında sonoqrafik müayinənin rolu» mövzusunda çıxış edib. Çıxışda bu mövzular əhatə olunub:
- sağlam qaraciyərdə, kəskin və xroniki qaraciyər çatışmazlığında sonoqrafik göstəricilər;
- portal Doppler və portal hipertenziya;
- əməliyyata əks-göstəriş yarada bilən radioloji tapıntılar;
- əməliyyatdan sonra USM və Doppler nəzarəti;
- donor və resipientin əməliyyatdan əvvəl və sonra dəyərləndirilməsi.
Əlaqəli səhifələr: Qaraciyər elastometriyası, Rəngli Doppler.
Hazırlıq
- Böyüklər: müayinədən əvvəl 6–8 saat yemək yeməyin. Qazlı içkilərdən və saqqızdan çəkinin.
- 1–2 gün əvvəl: qaz əmələ gətirən qidaları azaltmaq məsləhət görülə bilər: paxlalılar, kələm, qazlı içkilər, təzə çörək.
- Sidik kisəsi də müayinə olunacaqsa: müayinədən əvvəl sidik kisəsini boşaltmayın.
- Qeydiyyat zamanı verilən təlimat üstündür.
Bu sahədə hazırlıq
- 2010İstanbul Universiteti İstanbul Tibb Fakültəsinin Radiologiya kafedrasında qarın boşluğu orqanlarının USM-i, boz şkala və rəngli doppleroqrafiya kursu.
- 2015ətraflı və abdominal USM üzrə praktik seminar kursu.
- 2024«Qaraciyər və böyrək çatışmazlığının diaqnostikasında sonoqrafik müayinənin rolu» seminarı.
Suallar
Niyə ac gəlmək lazımdır?
Yeməkdən sonra öd kisəsi yığılır, bağırsaqlarda qaz artır. Bu, öd kisəsini və mədəaltı vəzi qiymətləndirməyi çətinləşdirir.
USM-də hər şey görünürmü?
Xeyr. Bağırsaq qazı, piy qatının qalınlığı və orqanın yerləşməsi görüntünü məhdudlaşdıra bilər. Belə hallarda həkim KT, MRT və ya başqa müayinə təyin edə bilər.