Daxili orqanlar
Qalxanvari vəzin ultrasəs müayinəsi
Qalxanvari (qalxanabənzər) vəz boynun ön hissəsində yerləşir.
Qısa məlumat
Dr. Əhmədovanın müşahidəsinə görə, pasiyentlər bu müayinəyə iki yolla gəlir:
- Klinisistin göndərişi ilə. Həkim laborator göstəricilərə baxıb ultrasəs təyin edir.
- Öz şikayəti ilə. Pasiyent boğazda boğulma, udqunarkən nəsə mane olurmuş kimi hiss, sıxılma və ya ürək döyüntülərinin artmasından şikayət edir.
Nəyə baxılır?
- Vəzin ölçüləri və quruluşu: vəz böyüyübmü. Boğulma hissi ilə gələnlərdə buna xüsusi diqqət yetirilir.
- Düyün və kistalar: varsa, ölçüsü və xüsusiyyətləri. Düyünlər TI-RADS kimi beynəlxalq təsnifat sistemi ilə dəyərləndirilir.
- Boynun ətraf yumşaq toxumaları və limfa düyünləri.
- Tüpürcək vəzləri: şişkinlik və ya başqa dəyişiklik varmı.
Hazırlıq
Hazırlıq tələb olunmur. Ac və ya tox olmağınız nəticəyə təsir etmir. Günün hansı saatında gəlməyinizin də fərqi yoxdur.
Nəticədən sonra
Pasiyent özü müraciət edibsə və USM-də patologiya tapılmayıbsa, Dr. Əhmədova onu laborator dəyərləndirməyə və klinisistə, adətən endokrinoloqa yönləndirir. Səbəb budur ki, vəzin funksiyasını USM yox, qan analizləri göstərir. Düyün aşkarlansa, xüsusiyyətlərinə görə iki yol ola bilər: dinamik izlənmə və ya USM nəzarəti ilə biopsiya.
Bu sahədə hazırlıq və çıxışlar
- 2014İstanbulda ALFA Radioloji Görüntüləmə Mərkəzində kurs: yumşaq toxumalar, endokrin vəzlər (tiroid, paratiroid, parotis) və limfatik sistem üzrə USM.
- 9 avqust 2024seminarda TI-RADS və BI-RADS dəyərləndirməsi barədə məlumat.
- 30 oktyabr 2024«Qalxanvari vəzin USM-də dəyərləndirilməsi». Mərkəzi Gömrük Hospitalının Facebook səhifəsində canlı yayım və sual-cavab.
- 26 sentyabr 2026«Tiroid və paratiroid xəstəliklərinin menecmenti məktəbi – 1», spiker.
Suallar
USM hormon analizlərini əvəz edirmi?
Xeyr. USM vəzin quruluşunu göstərir, qan analizləri isə funksiyasını. Biri digərini əvəz etmir.
Düyün tapılıb. Bu xərçəngdir?
Qalxanvari vəz düyünlərinin əksəriyyəti xoşxassəli olur. Düyünün xarakterini onun USM-dəki xüsusiyyətləri, lazım olduqda isə biopsiya göstərir. Növbəti addımı endokrinoloqla birlikdə müəyyən edin.