Dr. Günay ƏhmədovaRadioloq · sonoloq

Daxili orqanlar

Prostat vəzinin transrektal ultrasəs müayinəsi (TRUS)

Transrektal müayinədə nazik zond düz bağırsağa yeridilir. Bu yolla prostat vəzi qarın üzərindən aparılan müayinəyə nisbətən daha yaxından və ətraflı görüntülənir. Mərkəzi Gömrük Hospitalında Dr. Əhmədovanın fəaliyyət sahəsinə prostat vəzinin transrektal görüntülənməsi daxildir.

Nə vaxt təyin olunur?

Adətən uroloqun göndərişi ilə təyin olunur. Məqsədlər:

  • prostatın ölçüsünü (həcmini) və quruluşunu dəqiqləşdirmək;
  • sidik ifrazı ilə bağlı şikayətləri qiymətləndirmək;
  • laborator göstəricilərdə dəyişiklik olduqda vəzi yoxlamaq.

Necə keçir?

Pasiyent yan üstə uzanır, dizlərini qarnına doğru bükür. Zond birdəfəlik qoruyucu örtük və gel ilə yeridilir. Müayinə narahatlıq hissi yarada bilər, amma adətən qısa çəkir və yaxşı keçirilir.

Hazırlıq

Qeydiyyat zamanı iki şey bildirilir: bağırsağın əvvəlcədən təmizlənməsi tələb olunurmu və sidik kisəsi dolu olmalıdırmı.

Bu sahədə hazırlıq

  1. 2012–2013İstanbul Universiteti İstanbul Tibb Fakültəsinin Radiologiya kafedrasında anorektal USM kursu.

Suallar

Qarın üzərindən USM kifayət deyilmi?

Qarın üzərindən də prostatın ölçüsü haqqında təsəvvür almaq olar. Vəzin daxili quruluşu isə transrektal müayinədə daha aydın görünür. Hansının lazım olduğunu uroloq müəyyən edir.

Saytda axtarış

Məsələn: qalxanvari uşaq hamiləlik Doppler

Əlçatanlıq

Mətn ölçüsü

Dr. Günay Əhmədova

Dr. Günay Əhmədova

Radioloq, ultrasəs müayinəsi həkimi (sonoloq)

İş yeri
Mərkəzi Gömrük Hospitalı, Radiologiya şöbəsi
Ünvan
Bakı, AZ1065, K. Kazımzadə küçəsi 118
Kontaktlara əlavə edin

Müayinəyə yazılın

Formu doldurun: müraciətiniz WhatsApp mesajı kimi hazırlanacaq. Qəbul Mərkəzi Gömrük Hospitalında aparılır.

Müraciətiniz Mərkəzi Gömrük Hospitalının WhatsApp xəttinə mesaj kimi hazırlanacaq. Göndərməzdən əvvəl mətni WhatsApp-da görəcəksiniz. Qeyd hissəsinə yalnız qəbul üçün lazım olan məlumatı yazın.

Hospitalın onlayn qeydiyyatı: həkimin hospital saytındakı səhifəsi